- Baş səhifə
- Reyestrə təqdim olunan sənəd və məlumatlar
Reyestrə təqdim olunan sənəd və məlumatlar
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
12 yanvar 2015-ci il tarixli, 4 №-li Qərarı ilə
təsdiq edilmişdir.
“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin
məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”
REYESTRƏ TƏQDİM OLUNAN SƏNƏD VƏ MƏLUMATLAR
3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:
3.1.1. Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd
və məlumatlar, o cümlədən:
3.1.1.1. Obyektin tikintisinə icazənin surəti;
3.1.1.2. Sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
3.1.1.3. Tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;
(kənd ərazisi olduqda kənd ərazisinin yerquruluşu planından çıxarış)
3.1.1.4. Tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi;
3.1.1.5. Tikinti obyektinin əsas texniki göstəriciləri: ( layihə üzrə)
- yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, (ayrıc aktı)
- ərazinin situasiya planı,
- təyinatı barədə məlumat;
3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat
(ünvanı, ümumi sahəsi və həcmi).
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən
Reyestrə təqdim edilir:
3.1.2.1. Tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;
3.1.2.2. Tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası;
3.1.2.3. Tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;
3.1.2.4. Tikinti obyektinin istismar təyinatı;
3.1.2.5. Tikinti obyektinin əsas texniki göstəriciləri (faktiki );
3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;
3.1.2.7. Tikinti obyektinin istismara hazırlıq aktı (FHN) .
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Qeyd: Tikintilərin Dövlət reyestri Qaydalarının 4.4. bəndinə əsasən Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1. yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
geriyə