Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

07 fevral 2020

06 fevral 2020-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib. 

Görüşdə Azərbaycan Respublikasının və Niderland Krallığının aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və şəhər infrastrukturunun təkmilləşdirilməsi sahəsində son illər ərzində formalaşmış əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə birgə reallaşdırılla biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




geriyə